• Bakı 27° C

    12.81 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Bakıda iki nəfəri "tok" vurub öldürdü

HADİSƏ

28 Avqust 2026 | 11:06

Bakıda iki nəfəri "tok" vurub öldürdü

Paytaxtın Sabunçu rayonunda elektrik cərəyanı vuran 36 yaşlı kişi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə avqustun 26-da Ramana qəsəbəsində baş verib.

Qəsəbənin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vuran 1990-cı il təvəllüdlü Əlabbas Niftalıyev xəstəxanada həyatını itirib.

Bundan başqa Binəqədi rayonunda elektrik cərəyanı vuran 46 yaşlı kişi ölüb. Hadisə ötən gün rayonda yerləşən zavodların birində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Mərdan Əhmədov işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026