"Gəncə" daha bir basketbolçunu heyətinə cəlb edib.
Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək.
23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.




