Çin Kommunist Partiyasının Hubei əyalətinin Partiya Komitəsinin keçmiş katibi Çjan Çaolyanq 746 milyon yuandan (111 milyon dollar) çox rüşvət aldığına görə edam cəzasına məhkum edilib.
Bakıvaxtı.az xəbər verir ki , bu barədə Nankin Orta Xalq Məhkəməsinin qərarında bildirilir.
Məhkəmə istintaqla əməkdaşlıq etdiyinə görə vəzifəli şəxsə nisbətən yüngül cəza verdi. İki illik rəsmi möhlətdən sonra, vəzifəli şəxs Çin qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərə əməl edərsə, ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunacaq. Çində " güzəştli ölüm cəzası" dərhal edam demək deyil.
Qeyd edək ki, Çjan Çaolyanq 1995-ci ildən 2025-ci ilə qədər Çin banklarında, eləcə də Jilin və Hubei əyalətlərində partiya strukturlarında bir sıra yüksək vəzifələrdə çalışıb.
Günəş Mərd




