• Bakı 25° C

    14.95 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

İstanbulda avtobus divara çırpılıb: ölən və yaralılar var

DÜNYA

28 Avqust 2026 | 20:30

İstanbulda avtobus divara çırpılıb: ölən və yaralılar var

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu yaşayış kompleksinin divarına çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Qəza nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, 2-si ağır olmaqla, 17 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib, avtobusda sıxışan sürücü isə yanğınsöndürənlər tərəfindən xilas edilib.

Hadisə ilə bağlı araşdırma başlanıb. Qəza səbəbindən yan yolun Bakırköy istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR