• Bakı 27° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA

HADİSƏ

28 Avqust 2026 | 13:23

Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

    Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.

    Qeyd edək ki, Ziya Muradov avqustun 1-i Qubada istirahət zamanı qəfil vəfat edib. İddialara görə, hadisə baş verən gün həmin ərazidə ondan başqa 17 nəfər də olub. Ailə üzvləri meyitin üzərində zədə izi gördüyünü qeyd ediblər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Avqust 2026