• Bakı 27° C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Maliyyə sabitliyi güclənəcək - Avqustda bürcləri nə gözləyir?

CƏMİYYƏT

31 Iyul 2026 | 09:27

Maliyyə sabitliyi güclənəcək - Avqustda bürcləri nə gözləyir?

İyulun sonuncu günündür. Artıq növbəti aya qədəm qoyuruq. Bəs avqustda biz nə gözləyir?

Bakıvaxtı.az-ın məlumatına görə, avqust ayı ümumi astroloji yozumlara əsasən bürclər üçün belə görünür:

Qoç - İş və maliyyə sahəsində yeni imkanlar yarana bilər. Tələsik qərarlardan çəkinin. Sevgi həyatında səmimi söhbətlər ön plana çıxacaq.

Buğa - Ailə və ev məsələləri diqqət mərkəzində olacaq. Maliyyə sabitliyi güclənə bilər. Sağlamlığa diqqət yetirmək faydalıdır.

Əkizlər - Yeni tanışlıqlar və qısa səfərlər mümkündür. İşgüzar danışıqlarda uğur şansı yüksəkdir.

Xərçəng - Gəlir imkanlarının artması ehtimalı var. Büdcəni planlı idarə etmək tövsiyə olunur.

Şir - Enerjiniz yüksək olacaq. Yeni layihələrə başlamaq üçün münasib vaxtdır. Münasibətlərdə liderlik etməyə çalışarkən qarşı tərəfin fikirlərini də nəzərə alın.

Qız - İstirahət və daxili tarazlıq önəm qazanacaq. Ayın ikinci yarısında işlər sürətlənə bilər.

Tərəzi - Dostlarla və kollektivlə bağlı sevindirici xəbərlər ala bilərsiniz. Yeni əməkdaşlıqlar uğurlu görünür.

Əqrəb - Karyerada irəliləyiş və məsuliyyətlərin artması mümkündür. Səbirli olmaq nəticə verəcək.

Oxatan - Təhsil, səyahət və yeni biliklər üçün əlverişli aydır. Gözlənilməz təkliflər ala bilərsiniz.

Oğlaq - Maliyyə və ortaq gəlirlərlə bağlı məsələlər həllini tapa bilər. Riskli investisiyalarda ehtiyatlı olun.

Dolça - Tərəfdaşlıq və şəxsi münasibətlər ön plana çıxacaq. Komanda işi uğurlu nəticələr verə bilər.

Balıqlar - Gündəlik iş rejimini və sağlamlıq vərdişlərini yaxşılaşdırmaq üçün münasib zamandır. Əməyinizin bəhrəsini görmək ehtimalı yüksəkdir.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026