Qusar rayonu Samur bələdiyyəsinin sədri cərimə olunub.
Bakıvaxtı.az teleqraf-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyə sədrinin barəsində İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə protokol tərtib edilib.
Protokola əsasən, Qusar rayonu Samur bələdiyyəsinin sədri bələdiyyənin iclas protokolunu qanunla müəyyən edilmiş 3 iş günü müddətində regional ədliyyə idarəsinə təqdim etməyib.
Qusar Rayon Məhkəməsinin qərarı ilə bələdiyyə sədri 400 manat cərimə olunub.
Qeyd edək ki, Qusar rayonu Samur bələdiyyəsinin sədri Ramazanov Nəmət Cavid oğludur.




