• Bakı 24° C

    13.07 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

600-dən yuxarı balla ali məktəblərə qəbul ola bilməyənlər üçün YENİ ŞANS - VİDEO

CƏMİYYƏT

30 Avqust 2026 | 01:00

600-dən yuxarı balla ali məktəblərə qəbul ola bilməyənlər üçün YENİ ŞANS - VİDEO

"IV ixtisas qrupu üzrə bu il də yüksək rəqabət müşahidə olundu. Xüsusilə tibb ixtisaslarına böyük maraq nəticəsində yüksək bal toplamış bəzi abituriyentlər, o cümlədən 600-dən yuxarı nəticə göstərən namizədlər arasında belə, istədikləri mülki ixtisaslara qəbul olunmayanlar var".

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki,bu sözləri Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadədeyib. O qeyd edib ki, bu, əlbəttə, həmin gənclər və onların ailələri üçün asan nəticə deyil. Lakin hazırda onların bir hissəsi üçün əlavə imkanlar yaranıb.

Hərbi tibb istiqamətində yaranmış əlavə yerlərə müəyyən olunmuş tələblərə cavab verən və yüksək nəticə əldə etmiş IV ixtisas qrupu abituriyentlərinin müraciət edə bilməsi nəzərdə alınıb və ötən gün qeydiyyat sona çatıb.

Bundan başqa, hərbi mühəndislik istiqamətləri üzrə qalan yerlərlə bağlı da IV ixtisas qrupu abituriyentləri üçün əlavə imkan yaradılır. Müəyyən olunmuş tələblərə cavab verən, IV ixtisas qrupu üzrə imtahanda 450 və daha yüksək bal toplamış namizədlər həmin yerlər üçün müraciət edə biləcəklər.

O da qeyd edilib ki, bu abituriyentlərin buraxılış imtahanında riyaziyyat fənni üzrə nəticələri var, IV qrupa üzrə qəbul imtahanında isə fizika və kimya fənlərindən imtahan veriblər. Buna görə onların müvafiq hərbi mühəndislik proqramlarında təhsil almaq üçün zəruri olan fənn hazırlığının qiymətləndirilməsi mümkündür.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026