• Bakı 26° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

"Hizbullah" Livan ordusuna “yox” dedi

DÜNYA

29 Avqust 2026 | 16:05

"Hizbullah" Livan ordusuna “yox” dedi

"Hizbullah" cənubi Livanın Nəbatiyyə əyalətində yerləşən Əli əl-Tahir yüksəkliklərinin nəzarətini Livan ordusuna verməkdən imtina edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı "Hizbullahın" silahlı qanadının nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, təşkilatın mövqeyi dəyişməyib və Əli əl-Tahir yüksəklikləri onun nəzarətində qalacaq.

“Əgər İsrail onları ələ keçirməyə cəhd etsə, müqavimətlə qarşılaşacaq”, – deyə nümayəndə bildirib.

Livan hökumətindəki mənbə isə son 48 saat ərzində vəziyyəti yumşaltmaq istiqamətində aparılan danışıqların nəticə vermədiyini deyib.

Məlumata görə, Prezident Cozef Aun daha əvvəl amerikalı vasitəçilərlə təmas quraraq Livan ordusunun İsrail tərəfindən yaradıldığı bildirilən bufer zonasından kənarda, Nəbatiyyə şəhəri ətrafındakı dağlıq əraziyə yerləşdirilməsi təklifini irəli sürüb.

Lakin bölgədə mövqe tutan "Hizbullah" qüvvələrinin silahlarını Livan ordusuna təhvil verməkdən və döyüşçülərini ərazidən çıxarmaqdan imtina etdiyi bildirilir.

“Əl-Hadath”ın məlumatına görə, İsrailin Livanın cənubuna hava hücumlarının intensivliyi səhər saatlarında xeyli artıb. Nəbatiyyə və Litani çayının həm şimalında, həm də cənubunda yerləşən ətraf ərazilər bir neçə hava hücumuna məruz qalıb.

Ait əl-Cəbəl, Beyt Yəhun, Kfar Rumman, Sarbin, Haddata, Haris və Əl-Mansuri yaşayış məntəqələrinin də hədəfə alındığı, bəzi sakinlərin yaralandığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026