• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada ayıları vuranlara PUL VERİLƏCƏK

DÜNYA

28 Sentyabr 2026 | 15:50 | Müəllif: Günəş Mərd

Rusiyada ayıları vuranlara PUL VERİLƏCƏK

Rusiyanın Krasnoyarsk diyarında bu il 729 qəhvəyi ayı vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional Təbii Sərvətlər və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 28-nə qədər regionda qəhvəyi ayı populyasiyasının tənzimlənməsi üçün 180 əmr verilib. Bu tədbirlər çərçivəsində 729 ayı tutulub.

Nazirliyə 128 mükafatlandırma müraciəti daxil olub. Ayı vuran ovçulara hər heyvan üçün 36 500 rubl (təxminən 432 ABŞ dolları) ödənilir.

Qeyd edək ki, regionda ayıların insanlara hücum etdiyi hallar da qeydə alınıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026