Çin hakimiyyəti beynəlxalq vəziyyətdəki dəyişikliklərdən asılı olmayaraq, Kubaya dəstəyini davam etdirəcək.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun deyib.
Çinli diplomat bildirib ki, Çin və Kuba xalqları arasındakı dostluq nəsildən-nəslə ötürülüb:
"Son illərdə iki dövlət başçısının strateji rəhbərliyi altında ortaq gələcəyə malik Çin-Kuba icmasının qurulması dərinləşməyə və sürətlənməyə davam edib. "Beynəlxalq vəziyyətdəki dəyişikliklərdən asılı olmayaraq, Çin Kubanın milli xüsusiyyətlərinə uyğun sosialist inkişaf yolunu axtarmasında qətiyyətlə dəstəkləməyə davam edəcək və Kubanın milli suverenliyini qorumaq və xarici müdaxilələrə qarşı durmaq səylərini qətiyyətlə dəstəkləyəcək".
Gülşən Şərif
















