• Bakı 26° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Honkonqda ilk “uçan taksi” sınaqdan keçirildi

DÜNYA

29 Avqust 2026 | 15:25

Honkonqda ilk “uçan taksi” sınaqdan keçirildi

Honkonqda elektriklə işləyən, şaquli qalxma və eniş qabiliyyətinə malik pilotsuz hava taksisinin ilk ictimai sınağı keçirilib. EH216-S adlı aparat sərnişin və yük daşımaları üçün nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, yerli medianın məlumatına görə, pilotsuz uçuş aparatı Çinin EHang şirkəti tərəfindən hazırlanıb.

EH216-S əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə avtomatik uçuş həyata keçirə bilir. Elektrik mühərriki ilə çalışan aparatın əsas üstünlüklərindən biri uçuş-enmə zolağına ehtiyac duymamasıdır.

İki nəfərlik hava nəqliyyat vasitəsi həm sərnişin, həm də yük daşımaları üçün istifadə oluna bilər.

Sınaqlar Honkonq hökumətinin qısa məsafəli aviasiya texnologiyalarının və aşağı hündürlükdə hava nəqliyyatının inkişafını nəzərdə tutan proqramı çərçivəsində həyata keçirilir.

Rəsmi Honkonq 2027-ci ilə qədər bu tip pilotsuz hava nəqliyyat vasitələrinin istifadəsini tənzimləyən xüsusi qaydalar hazırlamağı planlaşdırır.

Layihənin uğurlu nəticələnəcəyi təqdirdə, gələcəkdə şəhər daxilində qısa məsafəli sərnişin daşımalarında “uçan taksi”lərin tətbiqi mümkün ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026