• Bakı 26° C

    12.63 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Külli miqdarda dərman preparatları aşkar edildi

HADİSƏ

29 Avqust 2026 | 11:59

Külli miqdarda dərman preparatları aşkar edildi

Dövlət Gömrük Komitəsi yanında Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

Bakıvaxtı.az Komitəyə istinadən xəbər verir ki, idarənin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 836 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026