• Bakı 24° C

    14.18 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Noyer “Bavariya”da 600-cü oyununa çıxıb

İDMAN

29 Avqust 2026 | 00:25

Noyer “Bavariya”da 600-cü oyununa çıxıb

Bundesliqanın I turunda “Bavariya” futbol klubu “Ştutqart”ı qəbul edir.

Bakıvaxtı.az klubun saytına istinadla xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin qapıçısı Manuel Noyer üçün əlamətdar olub. 40 yaşlı qolkiper “Bavariya”nın heyətində 600-cü oyununa çıxıb.

Noyer 2011-ci ildən Münhen klubunun formasını geyinir. O, komandanın heyətində keçirdiyi oyunların sayına görə klub tarixində beşinci pillədə qərarlaşıb.

“Bavariya”da Noyerdən daha çox oyuna Gerd Müller (613), Oliver Kan (632), Sepp Mayer (709) və Tomas Müller (756) çıxıb.

Qeyd edək ki, “Allianz Arena”da keçirilən qarşılaşmada “Bavariya” 1:0 hesabı ilə öndədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026