• Bakı 24° C

    14.18 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

“Hər ay ən azı 30 min adam səfərbər edilməlidir”

DÜNYA

28 Avqust 2026 | 23:26

“Hər ay ən azı 30 min adam səfərbər edilməlidir”

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ölkədə ordunun döyüş qabiliyyətini və cəbhədəki mövcud vəziyyəti saxlaması üçün hər ay ən azı 30 min nəfərin səfərbər edilməsinin vacibliyini bildirib.

Bakıvaxtı.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, K.Budanov məcburi səfərbərliyi olduğu kimi qəbul etməyə çağırıb.

“Nə qədər ağrılı olsa da, səfərbərliyi olduğu kimi qəbul etməliyik. Başqa cür davranmaq imkanımız yoxdur. Cəsarət tapıb açıq şəkildə deməliyik: ayda 30 min nəfərdən az çağırış etmək sadəcə mümkün deyil. Bu, mövcud vəziyyəti qorumaq üçün lazım olan minimum göstəricidir”, – deyə o bildirib.

Budanov, eyni zamanda, Yevgeni Xmaranın müdafiə naziri postuna təyin olunmasının səfərbərlik ehtiyaclarını dəyişdirməyəcəyini qeyd edib:

“Xmaranın təyinatı ilə mahiyyətcə heç nə dəyişməyəcək, çünki ordunun hər ay ən azı 30 min vətəndaşa ehtiyacı var. Bu isə böyük rəqəmdir. Səfərbərliyin müxtəlif formalarından danışsaq da, kəmiyyət göstəricisi dəyişməyəcək, bu da narazı insanların sayının eyni qalacağı deməkdir”.

Bununla belə, Prezident Ofisinin rəhbəri bəzi hallarda baş verən məcburi səfərbərlik metodlarına yenidən baxılacağına və müəyyən addımların atılacağına ümid etdiyini vurğulayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026