• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib - YENİLƏNİB

HADİSƏ

23 Oktyabr 2026 | 11:26 | Müəllif: Əli Hüseynov

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib - YENİLƏNİB

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib.

R.Orucov və V.Şirinov barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

***

09:44

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.

R. Orucov və V. Şirinovun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026