• Bakı 27° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb 

HADİSƏ

29 Avqust 2026 | 10:30

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

    Video


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Avqust 2026