• Bakı 15° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

HADİSƏ

29 Avqust 2026 | 12:24 | Müəllif: Günəş Mərd

Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanın Acarıstan Muxtar Respublikasında İnterpolun Qırmızı Xəbərdarlıq sistemi ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq axtarışa verilmiş şəxsi saxlayıblar.

Həmin şəxs xuliqanlıq və özgənin əmlakına qəsdən ziyan vurmaqda ittiham olunur.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs Gürcüstan-Türkiyə sərhədində yerləşən Sarpi gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026