• Bakı 27° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Güclü yağış Gümrüdə fəsadlar törədib

DÜNYA

29 Avqust 2026 | 10:48

Güclü yağış Gümrüdə fəsadlar törədib

Gümrüdə güclü yağış zirzəmiləri su altında qoyub.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 28-də Gümrü şəhərinin Ani məhəlləsində güclü yağış bir neçə ünvanda zirzəmilərin su altında qalmasına səbəb olub.

Məlumata görə, Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin iki döyüş bölməsi saat 20:16-dan etibarən Şirak Regional Əməliyyatlar Mərkəzinə daxil olan məlumatlar əsasında əraziyə cəlb edilib.

Xilasedicilər müxtəlif ünvanlarda motor nasoslarından istifadə etməklə zirzəmilərdən ümumilikdə təxminən 125 kubmetr su çıxarıblar.

Qeyd edək ki, güclü yağış Gümrünün digər ərazilərində də fəsadlara səbəb olub. Şəhərin mərkəzi küçələrinin su altında qalmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Sinoptiklər daha əvvəl bölgəyə siklonun yaxınlaşdığını, bunun hava temperaturunun 7-9 dərəcə aşağı düşməsi, yağıntı və küləyin güclənməsi ilə müşayiət olunacağını bildiriblər.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026