• Bakı 27° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Azərbaycan Premyer Liqası: III tura start verilir

İDMAN

29 Avqust 2026 | 10:33

Azərbaycan Premyer Liqası: III tura start verilir

Misli Premyer Liqasında III tura bu gün start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "Qəbələ" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Əvvəlki iki görüşdə uduzan meydan sahibləri 11-ci pillədə qərarlaşıb. Qonaqlar 1 xalla 7-ci yerdədir.

Günün ikinci oyununda "İmişli" "Şəfa"nın qonağı olacaq. Bu matç saat 20:15-də başlayacaq. Bölgə təmsilçisi 1 xalla 8-ci, paytaxt klubu 3 xalla 6-cı sıradadır.

 

Misli Premyer Liqası

 

I dövrə, III tur

 

29 avqust

 

18:00. "Qəbələ" – "Şamaxı"

 

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.

 

VAR: Elvin Bayramov.

 

AVAR: Rahil Ramazanov.

 

Hakim-inspektor: Ramil Diniyev.

 

AFFA nümayəndəsi: İlham Əliyev.

 

Qəbələ şəhər stadionu

 

20:15. "Şəfa" – "İmişli"

 

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.

 

VAR: Cavid Cəlilov.

 

AVAR: Kərim Zeynalov.

 

Hakim-inspektor: Ceyhun Haşımov.

 

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

 

"SOCAR Polymer Arena"

 

Xatırladaq ki, III turun digər qarşılaşmaları 30 və 31 avqustda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026