“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi ilin sonunda peşəkar futbolçu karyerasını başa vura bilər.
Bakıvaxtı.az xəbər verir ki, “Footy Headlines”in məlumatına görə, 39 yaşlı futbolçu 2026-cı ildən sonra futboldan ayrılmaq variantını nəzərdən keçirir.
Bununla belə, Messinin karyerasını başa vuracağı ilə bağlı rəsmi təsdiq yoxdur. Bildirilir ki, bu, argentinalı futbolçunun nəzərdən keçirdiyi variantlardan yalnız biridir.
Messi sentyabrın 28-də MLS-də “Kolumbus Kryu” ilə matçda qol vurub. O, oktyabrın 6-dan 7-nə keçən gecə Argentina millisinin heyətində Beninə qarşı vida oyununa çıxa bilər.
Qeyd edək ki, o, 2026-cı il Dünya Kubokunda səkkiz qolla turnirin bombardirləri sırasında yer alıb. Karyerası ərzində Messi “Barselona”, PSJ və “İnter Mayami”nin formasını geyinib. O, “Barselona” ilə Çempionlar Liqasını dörd dəfə, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu isə üç dəfə qazanıb.
Murad İsmayıl
















