• Bakı 24° C

    14.07 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Selin Dion 2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

ŞOU

29 Avqust 2026 | 19:01

Selin Dion 2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Dünya şöhrətli müğənni Selin Dion iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 58 yaşlı sənətçi Parisdəki “Le Royal Monceau” otelinin qarşısında pərəstişkarları tərəfindən böyük coşqu ilə qarşılanıb. Həyəcanlı olduğu diqqətdən yayınmayan ifaçı bej rəngli trenç və dabanlı ayaqqabı geyinib, gözündə isə tünd eynək olub. Dion fanatlarına əl yelləyib və onlara öpüş göndərib.

Qeyd edək ki, sənətçi əzələ sərtliyi sindromu səbəbilə dünya turnesini ləğv etmişdi. Nadir nevroloji xəstəlik olan bu sindrom ağrılı spazmlara səbəb olur.

Selin Dion səhnəyə qayıtmağa hazırlaşır. O, Parisdəki “La Défense” arenasında rezidensiya proqramı çərçivəsində konsertlər verəcək. İlkin olaraq 10 konsert planlaşdırılsa da, biletlərə olan böyük tələbat səbəbilə onların sayı 26-ya çatdırılıb. Konsertlərin sentyabrdan 2027-ci ilin may ayına qədər davam edəcəyi gözlənilir.

Sənətçi səhnəyə qayıtmaq üçün həftədə üç dəfə 90 dəqiqə pilates, iki dəfə isə baletlə məşğul olur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026