• Bakı 24° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Nepalda daşqın qurbanları şəxsiyyəti bilinmədən dəfn ediləcək

DÜNYA

29 Avqust 2026 | 13:58

Nepalda daşqın qurbanları şəxsiyyəti bilinmədən dəfn ediləcək

Nepalın Çitvan rayonunda hakimiyyət orqanları daşqın nəticəsində həyatını itirən və şəxsiyyəti müəyyən edilməyən şəxslərin sanitar risklərin qarşısını almaq məqsədilə dəfn olunmasına qərar verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.

Məlumata görə, yerli hakimiyyət orqanları şəxsiyyəti müəyyən edilməyən daşqın qurbanlarının meyitlərinin uzun müddət saxlanmasının sanitariya baxımından əlavə risklər yarada biləcəyini nəzərə alaraq onların dəfn edilməsinə qərar verib.

Hazırda həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilir.

Hadisə ilə bağlı əlavə təfərrüatlar və dəfn ediləcək şəxslərin dəqiq sayı açıqlanmayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026