• Bakı 24° C

    14.06 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Litvada 34 min abonent hələ də işıqsızdır

DÜNYA

29 Avqust 2026 | 21:03

Litvada 34 min abonent hələ də işıqsızdır

 Avqustun 22-də ölkəni vuran qasırğa və leysan yağışlarından sonra Litvada elektrik enerjisiz qalan istehlakçıların sayı 34 minə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın LRT milli radiosunun efirində ölkənin elektrik paylayıcı şəbəkəsinin operatoru "Energijos skirstymo operatorius"un (ESO) nümayəndəsi Rasa Yuodkene bildirib.

"Elektrik enerjisi kommersiya istehlakçılarının və əhalinin 87 faizi üçün bərpa edilib. Hazırda 34 min müştərimiz elektrik enerjisizdir", - deyə o bildirib.

Bir gün əvvəl elektrik enerjisiz qalan istehlakçıların sayının 44 min olduğu açıqlanmışdı.

ESO qəza və nasazlıqların aradan qaldırılması işlərini həftəsonunun sonunadək başa çatdırmağı planlaşdırır. Operatorun təxminən min elektrik mühəndisi və texnikindən ibarət təmir briqadalarından əlavə, bələdiyyələrin yaratdığı qruplar da işlərə cəlb olunub. Yuodkenenin sözlərinə görə, ordu və Polşadan göndərilmiş iki briqada da işlərə yardım göstərir.

Elektrik xətlərinin sıradan çıxması səbəbindən avqustun 22-də elektrik enerjisiz qalan istehlakçıların sayı maksimum 268 minə çatıb. Hökumət avqustun 26-da bununla yanaşı, kənd təsərrüfatına dəyən zərəri də nəzərə alaraq, ölkə səviyyəsində fövqəladə vəziyyət elan edib.

Elektrik enerjisi 72 saat ərzində bərpa olunmayan sakinlər kompensasiya üçün müraciət edə biləcəklər. Ödənişlərin maksimal məbləği 220 avro olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026