Almaniya Kansleri Fridrix Merts gələn həftənin əvvəlində Avropa İttifaqından müstəqil olaraq Rusiyaya qarşı yeni məhdudiyyətlər elan edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bildirilib ki, sanksiyalara rəsmi bəhanə kimi Leypsiq hava limanında Ukrayna yük təyyarələrinin və DHL karqo təyyarəsinin yaxınlığında yaşanan insident göstəriləcək.
Berlin bu hadisəyə görə məsuliyyəti birbaşa Moskvanın üzərinə qoymağı, rusiyalı diplomatları ölkədən qovmağı, Berlindəki "Rus Evini" bağlamağı və Kiyevə yeni hücum silahları tədarük etməyi planlaşdırır.
Nəşr vurğulayır ki, Berlinin əsas daxili məqsədi sentyabrda keçiriləcək regional seçkilər ərəfəsində rusiya meyilli hesab olunan "Almaniya üçün Alternativ" (AfD) partiyasının yüksək reytinqini aşağı salmaqdır.




