• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İLK DƏFƏ 2 yaşlı uşaq evtanaziya edildi 

DÜNYA

28 Sentyabr 2026 | 17:06 | Müəllif: Günəş Mərd

İLK DƏFƏ 2 yaşlı uşaq evtanaziya edildi

Niderlandda ölkə tarixində ilk dəfə iki yaşlı uşağa evtanaziya tətbiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Təxminən 24 aylıq olan uşaq hamiləliyin 26-cı həftəsində vaxtından əvvəl dünyaya gəlib. Onun qısa ömrü ərzində ağır beyin zədələnməsi, serebral iflic, görmə pozğunluğu və dərmanlara cavab verməyən qıcolmalar müşahidə olunub. Ağciyərlərində selik yığılması isə onun nəfəs almasını çətinləşdirib.

Həkimlər uşağın əzablarının tibbi müalicə ilə yüngülləşdirilməsinin mümkün olmadığını müəyyən etdikdən sonra valideynlərin razılığı ilə həyatına son qoyulmasına qərar verilib.

Hadisəni araşdıran komissiya evtanaziyanı həyata keçirən həkimin lazımi tibbi və hüquqi tələblərə əməl etdiyini bildirib. Komissiyanın açıqlamasında uşağın motor bacarıqları, davranışı və digər funksiyalarının ciddi şəkildə pozulduğu, müalicələrə baxmayaraq vəziyyətində yaxşılaşma olmadığı qeyd edilib.

Niderlandda 1-12 yaş arasında olan ağır xəstə uşaqlar üçün evtanaziya təxminən iki ildir qanunidir. Bundan əvvəl bu imkan yalnız yeni doğulmuş körpələr və 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulurdu.

Qanunvericiliyə əsasən, bu yaş qrupunda evtanaziya yalnız uşağın dözülməz əzab çəkdiyi və sağalması üçün perspektiv olmadığı hallarda tətbiq edilə bilər.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026