• Bakı 24° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Bakıda 35 milyonluq park SALINIR

CƏMİYYƏT

31 Iyul 2026 | 00:30

Bakıda 35 milyonluq park SALINIR

Bakının Nəsimi rayonunda salınacaq yeni istirahət parkının tikintisini həyata keçirəcək şirkət müəyyənləşib.

Bakıvaxtı.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, park 28 May küçəsindən "The Ritz-Carlton Baku" hotelinədək uzanan 12 hektar ərazidə salınacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-si layihə üzrə hazırlıq işlərini başa çatdırıb. Parkın salınması işlərinin icrası "Xezer-Construction" MMC-yə həvalə olunub və tərəflər arasında müvafiq müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət yeni istirahət parkının salınması işlərini 35,2 milyon manat məbləğində vəsait hesabına həyata keçirəcək.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında parkın layihə-smeta sənədlərinin hazırlanması "Az.Arxitektura" şirkətinə həvalə edilmişdi. Bu məqsədlə bağlanmış müqavilənin dəyəri 2 milyon 387 min 833,84 manat təşkil edib. Layihə-smeta sənədləri də məhz həmin 12 hektarlıq ərazi üçün hazırlanıb./modern.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026