• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

6 şəhərimiz qardaşladı - YENİLƏNİB

SİYASƏT

31 Iyul 2026 | 09:47 | Müəllif: Əli Hüseynov

6 şəhərimiz qardaşladı - YENİLƏNİB

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Belə ki, Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata şəhəri arasında, Qəbələ şəhəri ilə Karakol şəhəri arasında, Gəncə şəhəri ilə Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında anlaşma memorandumları imzalanıb.

***

09:01

Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov bununla bağlı “Çolpon-Ata və Şuşa şəhərləri arasında qardaşlaşmış şəhər əlaqələrinin qurulmasına dair Memorandum”u mübadilə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026