• Bakı 27° C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Vüsal Aslanov onlara yüksək vəzifə verdi - FOTO

CƏMİYYƏT

31 Iyul 2026 | 10:28

Vüsal Aslanov onlara yüksək vəzifə verdi - FOTO

“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Belə ki, Aydan Qurbanova QSC-nin Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Digər əmrlə, Rəşad İbrahimov QSC-nin Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Qurbanova ötən ilin may ayından etibarən Bakı metrosunda çalışır. O, indiyədək həmin şöbədə menecer işləyib. R.Rzayev isə yeni təyinatdan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışıb. (İqtisadiyyat.az)

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026