• Bakı 27° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

İlham Əliyev: "Manas" məktəbi qardaşlığımızın növbəti rəmzidir

SİYASƏT

31 Iyul 2026 | 09:00

İlham Əliyev: Manas məktəbi qardaşlığımızın növbəti rəmzidir

"Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

    “Qarabağın bərpasına göstərdiyiniz dəstəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Birlikdə Ağdam rayonunda açdığımız və "Manas" adını daşıyan məktəbdə artıq uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın növbəti rəmzidir. Demək istəyirəm ki, xalqlarımızın birliyi təkcə Qarabağ sakinləri tərəfindən deyil, bütün Azərbaycanda yüksək qiymətləndirilir. Qırğızıstan mədəniyyət günləri də bir daha göstərdi ki, mədəniyyətimiz nə qədər zəngindir və xalqlarımızın yaradıcılıq potensialını daha dolğun şəkildə üzə çıxaran belə tədbirlərə böyük ehtiyac var”, - deyə dövlət başçısı qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    31 Iyul 2026