UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ilk hissə yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabda irəlidədir - 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
20:07
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" matçında ilk qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabı açıb - 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
20:01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" matçı başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.
Görüşü xorvatiyalı FIFA referisi Patrik Kolariç idarə edir.
Qeyd edək ki, tərəflər arasında Estoniyada keçirilən ilk oyunda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.
Bakı 



