Məndən tez-tez soruşurlar: Putin necə insandır? Həmişə cavab verirəm ki, “keçmiş KQB əməkdaşı” olmur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey “Skay Nyus”un jurnalistinin “Endi Börnhemə Putin və Rusiya ilə münasibətləri qurmaq barədə hansı məsləhəti verərdiniz?” sualına cavab verərkən deyib.
Mey vurğulayıb ki, xüsusilə Solsberidə baş vermiş zəhərlənmə hadisəsindən və Ukraynada yaşanan proseslərdən sonra Rusiya ilə münasibətləri artıq əvvəlki kimi qurmaq mümkün deyil.
Qeyd edək ki, Putinin karyerası KQB ilə bağlıdır.
Bakı 



