• Bakı 27° C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Prezident: Qırğızıstanın uğurlarına hər zaman sevinirik

SİYASƏT

31 Iyul 2026 | 08:59

Prezident: Qırğızıstanın uğurlarına hər zaman sevinirik

"Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

    “Qonaqpərvərliyə görə Sizə və nümayəndə heyətinin üzvlərinə təşəkkür edirəm. Mən bu gözəl məkanda ilk dəfə deyiləm. Öz təcrübəmə əsasən deyə bilərəm ki, Sizin rəhbərliyiniz altında təkcə bu regionda deyil, bütün ölkə üzrə həyata keçirilən inkişaf məni çox təsirləndirib.

    İlk növbədə, Sizi və qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf sahəsində əldə olunan mühüm uğurlar, ölkənin iqtisadi potensialının gücləndirilməsi və beynəlxalq münasibətlərdə rolunun artması münasibətilə təbrik etmək istərdim.

    Biz Sizin dostlarınız və qardaşlarınız olaraq hər zaman uğurlarınıza sevinirik. Fəaliyyətinizin nəticələri tikinti sektorunda, maliyyə sahəsində, dövlət büdcəsinin artımında aydın görünür. Bu isə xalqın və ölkənin rifahı naminə daha çox vəsait sərf etməyə imkan yaradır. Bütün bunlar bizdə böyük sevinc hissi doğurur. Çünki biz dost və qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurlarını öz uğurumuz kimi qiymətləndiririk ”, - deyə dövlət başçısı qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Iyul 2026