Sabah Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start veriləcək.
Azərbaycan Güləş Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, avqustun 2-dək davam edəcək yarışda yunan-Roma və sərbəst güləş üzrə millilərimizin 23 üzvü mübarizə aparacaq.
Məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Nihad Quluzadə, Rəşad Məmmədov (hər ikisi 60 kq), Nihat Məmmədli, Ziya Babaşov (hər ikisi 63 kq), Xalid Həsənov (72 kq), Ruslan Nurullayev, Davud Məmmədov (hər ikisi 77 kq), Laçın Vəliyev, Tuncay Vəzirzadə (hər ikisi 87 kq), Məhəmməd Əhmədiyev (97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) yunan-Roma güləşi üzrə yarışda gücünü sınayacaq.
Sərbəst güləşçilərimiz isə məşqçi Arif Abdullayev və Taymuraz Kokoyevin rəhbərliyi altında uğur qazanmağa çalışacaqlar. Heyətdə Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev, Ruslan Abdullayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Təbriz Bayramov (92 kq), Zəfər Əliyev (97 kq), Muxamad Qantemirov və Ketaq Karsanov (hər ikisi 125 kq) yer alıb.
Bakı 



