• Bakı 27° C

    8.35 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Xankəndi–Şuşa yolunda QƏZA: 1 ölü, 1 yaralı

CƏMİYYƏT

31 Iyul 2026 | 11:12

Xankəndi–Şuşa yolunda QƏZA: 1 ölü, 1 yaralı

Xankəndi–Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az-ın məlumatına görə, qəza ötən gecə qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

    Nəticədə avtomobildə olan Bayram Verdiyev hadisə yerində ölüb. Digər sərnişin Orxan Şirinov ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Iyul 2026