• Bakı 25° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Gəlindən qayınatasının ayağını öpməsini istədi - VİDEO

CƏMİYYƏT

30 Avqust 2026 | 11:11

Gəlindən qayınatasının ayağını öpməsini istədi - VİDEO

Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, videoda evindən gəlin köçən qıza yaşlı qadının söylədikləri diqqət çəkib. Belə ki, qadın gəlinə qayınatasının ayağından öpməli olduğunu xatırladıb. Bu sözləri eşidən gəlin isə təəccübünü gizlədə bilməyib və baxışları ilə çaşqınlıq yaşadığını nümayiş etdirib.

Həmin anda qayınata vəziyyəti yumşaldaraq bu adətin həyata keçirilməsinə ehtiyac olmadığını bildirib. O, gəlininə "ehtiyac yoxdur" deyərək onu qucaqlayıb.

Gəlin də qayınatasının bu münasibətinə görə ona təşəkkür edib.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər arasında tənqidli fikirlərin bildirilməsinə və geniş müzakirələrə səbəb olub./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026