• Bakı 27° C

    8.35 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlanıb

HADİSƏ

31 Iyul 2026 | 11:35

Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlanıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumatda bildirilir ki, həmin şəxsdən 15 kiloqram marixuana və 4 kiloqram heroin aşkarlanıb.

"Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. A.Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026