• Bakı 25° C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Livan bundan faydalanacaq ölkələr sırasındadır - Ərdoğan

DÜNYA

30 Iyul 2026 | 22:57

Livan bundan faydalanacaq ölkələr sırasındadır - Ərdoğan

Türkiyə BMT sülhməramlı qüvvələrinin bu ölkədən çıxarılmasından sonra Livanın suverenliyinin təmin edilməsinə yönəlmiş bütün təşəbbüslərdə iştirak etməyə hazırdır. Livan Ankaranın Yaxın Şərqdə yaratmağa çalışdığı sülh, sabitlik və əməkdaşlıq atmosferindən ən çox faydalanacaq dövlətlər sırasındadır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan Prezidenti Cozef Aun ilə birgə mətbuat konfransında deyib.

Ərdoğan Ankaranın Beyruta bütün mümkün humanitar və texniki yardımı göstərməyə davam edəcəyini və Livan Silahlı Qüvvələrinin gücləndirilməsinə dair atılan addımları dəstəkləyəcəyini vurğulayıb.

O, regionda son eskalasiya mərhələsində 4300-dən çox livanlının öldürüldüyünü xatırladıb:

“Gərginliyin başlanğıcından bəri Ankara Livanda zorakılıq aktlarına ən sərt reaksiya verən ölkələrdən biri olub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026