Ötən gün ölkə ərazisində üstü açılan cinayətlrt, saxlanılan şəxslər, saxlanılan şəxslər və ailə üzvünü məlumatlandırmadan evdən çıxıb itkin düşmüş şəxslərlə bağlı statistika açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə,
- İyulun 30-da ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub;
- Axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib;
- Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib;
- Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
Həmçinin iyulun 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının iyulun 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İyulun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 17 ədəd patron aşkar edərək götürüblər.
Bakı 



