• Bakı 27° C

    8.35 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Britaniya UEFA-nın FIFA-nı boykot qərarını dəstəklədi

DÜNYA

31 Iyul 2026 | 13:09

Britaniya UEFA-nın FIFA-nı boykot qərarını dəstəklədi

Böyük Britaniyanın idman naziri Liza Nandi UEFA-nın (Avropa Futbol Assosiasiyaları İttifaqı) FIFA (Beynəlxalq Futbol Federasiyası) turnirlərini boykot etmək qərarını tam müdafiə etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Bu, bizim qəti şəkildə dəstəklədiyimiz prinsipial bir addımdır. Futbol milyarder investorların deyil, azarkeşlərin mülkiyyətidir. Oyunumuzu qorumaq üçün sərt mövqe nümayiş etdirməyin vaxtı çatıb", - deyə nazir qeyd edib.

Xatırladaq ki, iyulun 30-da UEFA FIFA-nın yarışlarını boykot edəcəyini açıqlayıb.

İyulun 28-də yayılan məlumatlara görə, FIFA rəhbəri Canni İnfantino turnirin idarə edilməsi məqsədilə ayrıca bir şirkət qurmağı və səhmlərin 20-30%-ni investorlara satmağı planlaşdırır. Mümkün investorlar arasında amerikalı iş adamı Coşua Kuşnerə məxsus "Thrive Eternal" fondu da yer alır.

Əldə olunacaq gəlirlərin milli futbol assosiasiyalarına edilən ödənişlərin artırılmasına yönəldilməsi nəzərdə tutulur. Hazırda FİFA-ya üzv olan hər bir ölkə təşkilatdan illik təqribən 2 milyon dollar vəsait alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026