• Bakı 27° C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

"Toyota"nın üç zavodu fəaliyyətini dayandırdı

DÜNYA

31 Iyul 2026 | 10:22

Toyotanın üç zavodu fəaliyyətini dayandırdı

Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan "Toyota Motor" korporasiyası zəlzələdən zərər çəkmiş üç zavodunun fəaliyyətinin dayandırılması müddətini azı avqustun 5-nə qədər uzadıb.

Bakıvaxtı.az "Kyodo"ya istinadən xəbər verir ki, fəaliyyəti dondurulan sözügedən müəssisələr "Lexus" markalı avtomobillərin istehsalını həyata keçirir.

Küsü adasındakı müəssisələrlə istehsal zənciri vasitəsilə birbaşa əlaqəli olan Ayti prefekturasındakı "Toyota Motor" zavodu da eyni səbəbdən bir neçə günlük işini dayandırmaq məcburiyyətində qalıb.

Qeyd olunur ki, yeraltı təkanlar Yaponiyanın cənub-qərb bölgəsində elektrik enerjisi və su təchizatında ciddi kəsintilərə yol açıb, həmçinin nəqliyyat xətlərinə böyük ziyan dəyib. Əldə edilən son məlumatlara əsasən, baş vermiş təbii fəlakət nəticəsində 35 nəfər həyatını itirib, 120-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026