• Bakı 26° C

    13.38 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Melih Gökçek barəsində istintaq başladıldı

DÜNYA

30 Avqust 2026 | 09:30

Melih Gökçek barəsində istintaq başladıldı

Türkiyənin paytaxtı Ankara şəhərinin keçmiş bələdiyyə sədri Melih Gökçek barəsində istintaq başladılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, istintaq qərarı Baş Prokurorluq tərəfindən müstəqil şəkildə verilib və Gökçekin xaricdəki şirkətlərə qanunsuz vəsait köçürməsi ilə bağlı mediada yayılmış iddialarla əlaqəlidir.

İstintaqın "həqiqətin üzə çıxarılması üçün" başladıldığı bildirilib.

M. Gökçek 1994-2017-ci illər aralığında Ankaranın bələdiyyə sədri olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tələbi ilə istefa verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026