• Bakı 26° C

    13.38 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb

DÜNYA

30 Avqust 2026 | 09:34

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ölkənin Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli İdarəsi (NDMA) bu barədə "X" sosial şəbəkəsində bildirib.

"734 meyit tapılıb", - idarənin hesabatında deyilir.

Daha əvvəl 675 nəfərin öldüyü xəbər verilib.

Bundan əlavə, xilasedicilər 227 xarici vətəndaş da daxil olmaqla, təxminən 8 200 nəfəri təxliyə edə biliblər.

Həmçinin təxminən 580 xarici vətəndaş da daxil olmaqla, təxminən 2 500 nəfər itkin düşüb. Xilasetmə işlərində təhlükəsizlik xidmətinin 19 800-dən çox işçisi iştirak edir.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026