Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri Namidə İsayeva işdən çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
N.İsayeva vəzifəsindən öz təşəbbüsü ilə ayrıldığını bildirib.
Qeyd edək ki, əmək fəaliyyətinə “Azərbaycan dili və ədəbiyyatı” müəllimi kimi başlayan N.İsayeva, işini daha sonra sağlamlıq turizmi sahəsində davam etdirib. Belə ki, 2019-cu ildən Lider TV-də “Həkimim” verilişində, daha sonra Xəzər FM-də yayımlanan “Radio Doktor” verilişi və ARB telekanalında yayımlanan “Yeni mən” verilişində layihə rəhbəri və aparıcı olaraq fəaliyyətini davam etdirib.
2022-ci ildən “Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri çalışıb.
Əli Hüseynov
Bakı 



