• Bakı 26° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 

DÜNYA

31 Iyul 2026 | 10:45

Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 

Finlandiyada stasionar telefon rabitəsi tarixə qovuşur.

Bakıvaxtı.az Publika.az-a istinadla xəbər verir ki, iyulun 1-dən etibarən ölkədə fəaliyyət göstərən son telekommunikasiya şirkəti də fiziki şəxslər və korporativ müştərilər üçün stasionar telefon xətlərinin xidmətini dayandırıb.

Məlumata görə, yeni qoşulma müqavilələrinin bağlanması bir neçə il əvvəl dayandırılmışdı. Cari ilin əvvəlinə operatorun cəmi bir neçə min aktiv stasionar bağlantısı qalmışdı.

Bundan əvvəl ölkənin daha iki böyük telekommunikasiya şirkəti stasionar şəbəkələrini bağlamışdı. Onlardan biri 2019-cu ildə, digəri isə 2026-cı ilin əvvəlində bu texnologiyadan imtina edib.

Beləliklə, Finlandiya XIX əsrin sonlarından istifadə olunan stasionar telefon rabitəsi ilə tam vidalaşaraq mobil və internet texnologiyalarına tam keçid edən ölkələrdən birinə çevrilib.

Qeyd edək ki, bu rabitə sistemi Finlandiyada 100 ildən artıq müddətdə istifadə olunurdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026