Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda yerləşən bir istirahət mərkəzinin direktorlar şurasının sədri silahlı hücuma məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxs sədri ofisində ayaqlarından güllələyərək hadisə yerindən qaçıb.
Məlumata görə, şübhəli şəxs sədrə yaxınlaşaraq tapançadan bir neçə dəfə atəş açıb. Ayaqlarından yaralanan şəxs yerə yıxılıb, hücum edən isə sürətlə ərazini tərk edib.
Hadisəni görən şəxslər dərhal polis və təcili yardıma məlumat veriblər. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsinin davam etdiyi bildirilir.
Araşdırma zamanı məlum olub ki, direktorlar şurasının sədri bundan təxminən bir ay əvvəl də naməlum şəxs və ya şəxslərin yumruqlu hücumuna məruz qalıb.
Silahlı hücum anı istirahət mərkəzinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə dəbilqəli şəxsin sakit şəkildə yaxınlaşaraq atəş açdığı, daha sonra isə hadisə yerindən qaçdığı əks olunub.
Polis hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində araşdırmaları davam etdirir./musavat.com
Bakı 



