• Bakı 27° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Nazir 96 yaşlı Xalq artistini evində ziyarət etdi - Fotolar

CƏMİYYƏT

31 Iyul 2026 | 12:04

Nazir 96 yaşlı Xalq artistini evində ziyarət etdi - Fotolar

Mədəniyyət naziri Adil Kərimli iyulun 30-da görkəmli bəstəkar, pedaqoq, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri laureatrı, Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə yaradıcı insanlar üçün böyük stimuldur.

Tofiq Bakıxanovun bənzərsiz yaradıcılığı ilə musiqi mədəniyyətimizi zənginləşdirdiyini deyən Adil Kərimli onun bu sahədə xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.

Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına göstərilən xüsusi diqqətə görə ölkə başçısına təşəkkürünü bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026