İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Nəsr-2” və “Təcavüzkarın cəzası” əməliyyatları çərçivəsində Küveytdəki ABŞ-ın Əli əs-Salim aviabazasına zərbələr endirildiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində iki pilotsuz təyyarə anqarı, eləcə də təyyarələr və hərbi helikopterlər üçün yanacaq çənləri məhv edilib.
Qeyd edək ki, bundan öncə Küveyt Müdafiə Nazirliyi İran ordusunun Çinə məxsus şirkətin binasına hücum etdiyi, nəticədə bir nəfərin öldüyü haqda açıqlama yaymışdı.
Bakı 



