Xəbər verdiyimiz kimi, Azərbayca Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın “Manas”, Qırğızıstan Prezidenti Sadır Japarov isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltid ediliblər.
Bakıvaxtı.az xəbər verir ki, iİyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Bəs “Heydər Əliyev” və “Manas” ordenləri əsasən kimlərə verilir? Bu ordenlərlə təltif olunan tanınmış və məşhur əcnəbilər kimlərdi?
“Heydər Əliyev” ordeni Azərbaycanınən ali dövlət təltifidir. Orden Azərbaycan Respublikası Milli Məclisinin 2005-ci il 22 aprel tarixli Qanunu ilə təsdiq edilib və 2005-ci il aprelin 28-də Prezident İlham Əliyevin Sərəncamına əsasən təsis edilib. 2005-ci ildən bu yana 28 nəfər bu ordenlə təltif olunub.
"Heydər Əliyev" ordeni ilə təltif edilən 28 nəfərdən 12 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14-ü təltif edilən zaman dövlət başçısı idilər.
Təltif edilənlərdən 2-si qadındır – Mehriban Əliyeva və Zeynəz Xanlarova.
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə Nəriman Həsənzadə (95 yaşında) olub.
"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir:
Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;
Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.
"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.
"Heydər Əliyev" ordeni əcnəbilərə aşağıdakı hallarda verilir:
Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;
Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.
İlham Əliyev - Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti. 28 aprel 2005-ci ildə "Heydər Əliyev" ordeninin statusunun 2-ci maddəsinə əsasən İlham Əliyev "Heydər Əliyev" ordeni ilə təltif edilib.
İhsan Doğramacı - Türkiyəli pediatr, Hacettepe Universitetinin qurucusu. 29 aprel 2005-ci ildə Türkiyə ilə Azərbaycan arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Jak Şirak - Fransa dövlət xadimi, Fransa Prezidenti (1995-2007). 29 yanvar 2007-ci ildə Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Mstislav Rostropoviç - Rusiyalı violonçel ifaçısı, pianoçu, dirijor, SSRİ xalq artisti. 27 mart 2007-ci ildə Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafında xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Viktor Yuşşenko - Ukrayna dövlət xadimi, Ukrayna Prezidenti (2005-2010). 21 may 2008-ci ildə Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Tahir Salahov - Azərbaycanlı rəssam, SSRİ xalq rəssamı. 27 noyabr 2008-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah - Küveytli dövlət xadimi, Küveyt Dövlətinin Əmiri. 9 fevral 2009-cu ildə Küveyt Dövləti ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Lex Kaçinski - Polşa dövlət xadimi, Polşa Prezidenti (2005-2010). 30 iyun 2009-cu ildə Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Valdis Zatlers - Latviya dövlət xadimi, Latviya Prezidenti (2007-2011). 10 avqust 2009-cu ildə Latviya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Trayan Besesku - Rumıniya dövlət xadimi, Rumıniya Prezidenti (2004-2014). 18 aprel 2011 Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Georgi Pırvanov - Bolqarıstan dövlət xadimi, Bolqarıstan Prezidenti (2002-2012). 14 noyabr 2011-ci ildə Bolqarıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Emoməli Rəhmon - Tacikistan dövlət xadimi, Tacikistan Prezidenti. 11 iyul 2012-ci ildə Tacikistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Arif Məlikov - Azərbaycanlı pedaqoq, SSRİ xalq artisti. 13 sentyabr 2013-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Abdullah Gül - Türkiyə dövlət xadimi, Türkiyə Prezidenti(2007-2014). 11 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Viktor Yanukoviç - Ukrayna dövlət xadimi, Ukrayna Prezidenti. 17 noyabr 2013-cü ildə Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Rəcəb Tayyib Ərdoğan - Türkiyə dövlət xadimi, Türkiyə Prezidenti. 2 sentyabr 2014-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Mehriban Əliyeva - Azərbaycan ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti. 29 iyun 2015-ci ildə Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Aleksandr Lukaşenko - Belarus dövlət xadimi, Belarus Prezidenti. 28 noyabr 2016-ci ildə Belarus ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Zeynəb Xanlarova - Azərbaycanlı müğənni, SSRİ xalq artisti. 26 dekabr 2016 -ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Nursultan Nazarbayev - Qazaxıstan dövlət xadimi, Qazaxıstan Prezidenti (1990-2019). 3 aprel 2017-ci ildə Qazaxıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Ömər Eldarov - Azərbaycanlı rəssam. 19 dekabr 2017-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Serco Mattarella - İtaliya dövlət xadimi, İtaliya Prezidenti. 18 iyul 2018-ci ildə Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Allahşükür Paşazadə - Azərbaycan din xadimi, Qafqaz müsəlmanları XII şeyxülislamı. 26 avqust 2019-cu ildə Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Xoşbəxt Yusifzadə - Azərbaycanlı mühəndis-geoloq. 13 yanvar 2020-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Polad Bülbüloğlu - Azərbaycanlı müğənni, dövlət xadimi. 3 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Artur Rasi-zadə - Azərbaycan Respublikasının 6-cı Baş naziri. 20 fevral 2025-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Nəriman Həsənzadə - Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi. 18 fevral 2026-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə "Heydər Əliyev” ordeni ilə təltif edilib.
Sadır Japarov - Qırğızıstan Prezidenti. 31 iyul 2026-ci ildə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev” ordeni ilə təltif edilib.
“Manas” ordeni isə Qırğızıstan Respublikasının vətəndaşlarına və xarici ölkələrin vətəndaşlarına dövlətçiliyin möhkəmləndirilməsinə, xalqlar arasında dostluq, sülh və əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə verilir.
Bu ordenlə Qırğızıstan Respublikasının inkişafına və qorunmasına mühüm töhfə verənlər, xalqlar arasında sülh, qarşılıqlı anlaşma və dostluq əlaqələrini gücləndirən xarici dövlət xadimləri və liderlər təltif olunurlar.
Qırğızıstanın ali dövlət mükafatı olan 1-ci dərəcəli "Manas" ordeni ilə təltif edilən ən məşhur xarici liderlər və dövlət xadimləri bunlardır:
Şavkat Mirziyoyev – Özbəkistan Prezidenti, Özbəkistan və Qırğızıstan xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və etimad münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə bu mükafata layiq görülüb.
Rəcəb Tayyib Ərdoğan – Türkiyə Prezidenti, iki qardaş ölkə arasında strateji və çoxtərəfli münasibətlərin dərinləşdirilməsindəki xüsusi roluna görə təltif edilib.
Si Cinpin – Çin Xalq Respublikasının Sədri, Qırğızıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.
Vladimir Putin – Rusiya Prezidenti, iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfəyə görə layiq görülüb.
Nursultan Nazarbayev – Qazaxıstanın birinci Prezidenti, qonşu ölkələr arasında dostluq, qardaşlıq və iqtisadi əlaqələrin gücləndirilməsi xidmətlərinə görə bu ordenlə təltif olunub.
Kofi Annan – BMT-nin sabiq Baş katibi, qlobal sülhün qorunması və beynəlxalq əməkdaşlığın inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Süleyman Dəmirəl – Türkiyənin 9-cu Prezidenti, Qırğızıstanın müstəqilliyinin ilk illərində ikitərəfli əlaqələrin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə təltif olunub.
İlham Əliyev – Azərbaycan Prezidenti, iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin qurulmasına, həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionlarının yaxınlaşmasına verdiyi böyük töhfələrə görə təltif olunub.
Murad Məmmədli
Bakı 



