• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib

SİYASƏT

30 Avqust 2026 | 11:25 | Müəllif: Subhan Mahmudov

Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasını Zəfər Bayramı münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026